Delsi Rodrigez: Vikipediyada Venesuela rəhbərliyi qarışıq göstərilib
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ölkədə rəhbərlik məsələsi ilə bağlı yaranmış qarışıqlığa diqqət çəkib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Rodrigez bildirib ki, Vikipediyada Venesuelada kimin rəhbərlik etdiyi ilə bağlı bəzi cizgi filmləri görüb. O vurğulayıb ki, orada hökumət, müvəqqəti prezident və ABŞ-də girov saxlanılan prezident kimi fərqli məlumatlar yer alır.
Müvəqqəti prezident qeyd edib ki, bu cür yanlış və qarışıq informasiyalar ölkə və beynəlxalq ictimaiyyət üçün çaşqınlıq yaradır.
Nəzrin Abbas
11:12 13.01.2026
Oxunuş sayı: 1021