İsveç vətəndaşlarını İrandan çıxmağa çağırdı
ABŞ-dən sonra İsveç hökuməti də İrandakı vəziyyətlə bağlı sərt xəbərdarlıq yayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İsveç Xarici İşlər Nazirliyi ölkədəki vəziyyətin çox ağır və proqnozlaşdırıla bilməyən olduğunu adlandırıb.
İsveç vətəndaşlarına dərhal İrandan çıxmaları tövsiyə olunub və xəbərdarlıq edilib ki, tövsiyələrə əməl etməyən şəxslərin məsuliyyəti yalnız özlərinə aid olacaq.
Eyni zamanda, İsveç Xarici İşlər Nazirliyi İranda qeydiyyatda olan vətəndaşlara xəbərdarlıq məqsədilə SMS mesajları göndərib.
Bu addım regiondakı gərginlik fonunda vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədini daşıyır.
Nəzrin Abbas
11:05 13.01.2026
Oxunuş sayı: 1222