İranda artıq dörd gündür internet yoxdur
İranda təxminən dörd gündür bütün internetə çıxış tamamilə kəsilib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hazırda yalnız hökumət resursları və bəzi media orqanları onlayndır.Bu da ölkənin ümumi internet trafikinin 1%-dən də azını təşkil edir.
Ekspertlər bildirir ki, bu kəsinti ölkədə informasiya axınını ciddi şəkildə məhdudlaşdırır və sosial-iqtisadi fəaliyyətə mənfi təsir göstərir.
Nəzrin Abbas
10:57 13.01.2026
Oxunuş sayı: 920