Ukraynada azərbaycanlı hərbçi Ruslan Muradov həlak olub
Ukraynada davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan əsilli Ukrayna Silahlı Qüvvələri hərbçisi Ruslan Vaqif oğlu Muradov (1987-ci il təvəllüdlü) həlak olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynadakı Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev məlumat verib.
Hərbçinin dəfn mərasimi sabah Dnepropetrovsk vilayətinin Pyatikhatka rayonunda yerləşən Jovte kəndində keçiriləcək.
Nəzrin Abbas
10:50 13.01.2026
Oxunuş sayı: 1100