ABŞ Dövlət katibi Marko Rubio Mirzoyanla görüşəcək
ABŞ və Ermənistan arasında diplomatik təmaslar davam edir. Tərəflər ikitərəfli münasibətlərin cari vəziyyətini və regional məsələləri müzakirə etmək üçün Vaşinqtonda bir araya gələcəklər.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, ABŞ Dövlət katibi Marko Rubio çərşənbə axşamı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Dövlət Departamentində qəbul edəcək.
Görüş yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 21:00) başlayacaq. Bildirilir ki, danışıqlarda ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Hoker və Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun yüksək vəzifəli əməkdaşı Brendan Xanraxan da iştirak edəcək.
Nihat Tahirov
10:43 13.01.2026
Oxunuş sayı: 999