NATO-dan Türkiyəyə təcili F-16 çağırışı
NATO Baltikyanı ölkələrdə hava təhlükəsizliyini gücləndirmək məqsədilə Türkiyədən F-16 qırıcılarının planlaşdırılandan daha tez göndərilməsini xahiş edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata əsasən, alyans Türkiyə ilə əvvəlcədən razılaşma əldə edib və bu razılaşmaya əsasən, Türkiyəyə məxsus döyüş təyyarələrinin 2026-cı ilin dekabrından 2027-ci ilin martına qədər Rumıniyada yerləşdirilməsi nəzərdə tutulur. Bununla belə, NATO hava məkanının pozulması hallarının artması səbəbindən bu ilin avqust–dekabr aylarında Estoniyada hava patrulu missiyasının həyata keçirilməsini təklif edir.
Həmçinin, Türkiyə NATO-nun bu müraciəti ilə bağlı hələ yekun qərar verməyib. Ankara məsələnin hərbi və siyasi aspektlərini dəyərləndirir.
Nəzrin Abbas
10:08 13.01.2026
Oxunuş sayı: 1502