ABŞ-dən sərt açıqlama: “Oreşnik” raketi münaqişəni təhlükəli mərhələyə keçirir
ABŞ Rusiyanın “Oreşnik” adlı orta mənzilli ballistik raketdən istifadə etməsini Ukraynadakı münaqişənin “təhlükəli və izaholunmaz” şəkildə eskalasiyası kimi qiymətləndirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Təmmi Bryus BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bəyan edib. Onun sözlərinə görə, söhbət nüvə silahı daşımaq qabiliyyətinə malik raketdən gedir və bu amil vəziyyəti daha da riskli edir.
ABŞ tərəfi qeyd edib ki, bu cür silahların tətbiqi regionda gərginliyin artmasına və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlərin yaranmasına səbəb olur.
Məsələ ilə bağlı müzakirələr BMT Təhlükəsizlik Şurasında davam etdirilir.
Nəzrin Abbas
09:18 13.01.2026
Oxunuş sayı: 1625