ABŞ vətəndaşlarını İranı tərk etməyə çağırıb
ABŞ hökuməti öz vətəndaşlarına müraciət edərək təhlükəsizlik risklərinin artması fonunda İranı tərk etməyi tövsiyə edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, rəsmi açıqlamada bildirilib ki, bölgədəki gərgin vəziyyət ABŞ vətəndaşları üçün risk yarada bilər.
Qeyd olunub ki, ABŞ-nin İranla diplomatik münasibətlərinin olmaması səbəbindən ölkədə olan vətəndaşlara konsulluq dəstəyi göstərmək imkanları məhduddur. Bu baxımdan ABŞ vətəndaşlarına mümkün olan ən qısa müddətdə İranı tərk etmək, zəruri hallarda isə fövqəladə təhlükəsizlik tədbirlərinə əməl etmək çağırışı edilib.
Nəzrin Abbas
09:06 13.01.2026
Oxunuş sayı: 1787