İranda etirazlar fonunda Tehrandakı tələbə yataqxanaları bağlanır
İran hakimiyyəti ölkədə davam edən etirazlarla əlaqədar Tehrandakı bütün tələbə yataqxanalarının bağlanmasına başlayıb.
AzadlıqRadiosunun Radio Fərda xidmətinin məlumatına görə, Tehran Universitetinin rektoru tələbələrə yataqxanaları ən azı 10 gün müddətinə boşaltmaq göstərişi verib.
Crossmedia.az xəbər verir ki, “Tasnim” agentliyi isə yataqxanaların bu gündən bağlandığını və fevralın 2-dək bağlı qalacağını yazır.
Məlumata əsasən, etirazlarla bağlı tələbələrin universitetlərə giriş-çıxış saatlarında da məhdudiyyətlər tətbiq olunacaq.
Radio Fərda qeyd edir ki, son günlər tələbə yataqxanaları İranda etirazların əsas mərkəzlərindən birinə çevrilib və hakimiyyət bu səbəbdən nəzarət tədbirlərini sərtləşdirir.
23:27 12.01.2026
Oxunuş sayı: 1693