Xamenei ABŞ və İsrail təhdidlərinə qarşı “müqavimət qrupu” yaradılmasına göstəriş verdi
İranın Ali Dini rəhbəri Ayətullah Əli Xamneyi ABŞ və İsrail tərəfindən mümkün hücumlar ehtimalını nəzərə alaraq fövqəladə vəziyyətlər üçün xüsusi müqavimət qrupunun yaradılması barədə qərar qəbul edib.
Crossmedia.az İran KİV-i məlumat yayıb.
Qrup İran Milli Müdafiə Şurası nəzdində fəaliyyət göstərəcək və onun əsas missiyası hücum və müharibə zamanı dövlət aparatının fasiləsiz işləməsini təmin etmək olacaq.
Qrupa İranın ali təhlükəsizlik və müdafiə şurasının nümayəndələri, SEPAH komandanları, Baş Qərargah üzvləri və kəşfiyyat rəhbərləri daxil edilib, hər bir üzv üçün isə ən azı iki əvəzedici təyin olunub. Müqavimət qrupuna rəhbərlik prezident Məsud Pezeşkiana həvalə edilib, sədr müavini postuna isə müdafiə naziri Əziz Nasirzadə təyin olunub.
Məlumatda qeyd olunur ki, Xamneyi müharibə və təcavüz halında orduya operativ komandanlığın tam şəkildə prezident Pezeşkiana verilməsi barədə də qərar qəbul edib. Bu addım İran konstitusiyasında ali dini rəhbərin ali baş komandan statusuna baxmayaraq, fövqəladə şəraitdə idarəetmənin mərkəzləşdirilməsinə yönəlmiş istisna qərar kimi qiymətləndirilir.
23:21 12.01.2026
Oxunuş sayı: 1173