Papa Leo XIV Venesuela müxalifət lideri Maria Korina Maçado ilə görüşüb
Roma Papası Papa Leo XIV bu gün Vatikanda Venesuela müxalifətinin lideri və Nobel Sülh Mükafatı laureatı Maria Korina Maçado ilə görüşüb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Vatikandan verilən məlumata əsasən bu görüş Papalığın gündəliyində əvvəlcədən elan edilməmişdi.
Görüşdə müzakirələrin detalları açıqlanmayıb, lakin Maçado ABŞ və Avropaya səfər çərçivəsində demokratik keçid, siyasi məhbusların azad edilməsi və Venesuela vəziyyəti ilə bağlı dəstək istədiyi bildirilir.
23:16 12.01.2026
Oxunuş sayı: 1023