İran cəmiyyətində Pəhləvi qorxusu: Amerika amili həlledici rol oynayır
İranda bu gün keçirilən aksiyaların əsas məqsədi rejimə dəstəkdən daha çox Pəhləvi faktoruna qarşı mövqe nümayiş etdirmək olub.
Crossmedia.az xəbər verir ki, bu Əziz Əhmədinin "The Sunday Times" üçün verdiyi açıqlamada qeyd olunub.
İran cəmiyyətinin böyük bir hissəsi , hətta mövcud rejimə nifrət edənlər belə Reza Pəhləvini ABŞ-ın birbaşa təsir aləti kimi qəbul edir.
Onun sözlərinə görə, İran xalqı daha yaxşı yaşam şəraiti istədiyi üçün rejimdən narazıdır, lakin ölkənin ABŞ tərəfindən idarə olunmasını da qəbul etmir. Bu baxımdan, Məhəmməd Müsəddiqin devrilməsindən sonra Pəhləvi amili rejimin legitimliyində həlledici rol oynayan əsas arqumentlərdən biri olaraq qalır.
Əhmədi bildirir ki, məhz bu səbəbdən İran hakimiyyəti Pəhləvi faktorunu gündəmə gətirərək cəmiyyətin mühafizəkar təbəqəsini səfərbər etməyə nail olub. Nəticədə milyonlarla insan meydanlara çıxaraq Pəhləviyə qarşı olduqlarını açıq şəkildə nümayiş etdirib.
23:13 12.01.2026
Oxunuş sayı: 1108