Əraqçi və Uitkoff İrandakı etirazları müzakirə ediblər
İranın xarici işlər naziri Abbas Araqçı və ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof etirazları müzakirə ediblər.
Crossmedia.az "Axios"-a istinadən xəbər verir.
Mənbələr bildirib ki, tərəflər yaxın günlərdə görüş keçirmək barədə danışıblar.
Əraqçı ilə Uitkof arasında əlaqənin telefonla və ya yazılı şəkildə olması barədə məlumat verilməyib.
Ağ Ev və Dövlət Departamenti Axios-un sorğusuna cavab verməyib.
Qeyd etmək lazımdır ki, daha əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Əraqçı ilə Uitkof arasında rabitə kanalının açıq olduğunu və lazım gələrsə, hər iki tərəfdən mesajların bu kanal vasitəsilə qarşı tərəfə göndəriləcəyini bildirmişdi.
23:07 12.01.2026
Oxunuş sayı: 1096