İran Britaniyaya diplomatik missiyaların təhlükəsizliyini təmin etməsini tələb edib
İranın xarici işlər naziri Seyyid Abbas Əraqçi Britaniyalı həmkarı Devid Lemmi ilə telefon danışığında bildirib ki, Birləşmiş Krallıq beynəlxalq öhdəliklərə uyğun olaraq İranın Londondakı konsulluq və səfirliklərini qorumağa borcludur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Əraqçi vurğulayıb ki, əgər Britaniya bu vəzifəsini yerinə yetirə bilməsə, İran əməkdaşlarını evakuasiya etməyi nəzərdən keçirəcək. O həmçinin Britaniyaya İranın daxili işlərinə müdaxilə etməməyə çağırış edib.
22:35 12.01.2026
Oxunuş sayı: 1229