Rusiya hava müdafiəsi 50-dən çox Ukrayna dronunu məhv etdi
Rusiya hava hücumundan müdafiə qüvvələri dörd saat ərzində ölkə üzərində 56 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında deyilir ki, Moskva vaxtı ilə 16:00-dan 20:00-dək növbətçi hava hücumundan müdafiə sistemləri dronları vurub.
Xüsusilə, Krım üzərində 21, Krasnodar diyarı üzərində 18, Bryansk və Kursk vilayətlərində hər birindən 4, Voronej vilayətində 1 və Azov dənizinin üzərində 8 dron məhv edilib.
22:05 12.01.2026
Oxunuş sayı: 1279