Şoyqu: Xarici müdaxilə cəhdləri qəbuledilməzdir
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə telefon danışığı zamanı İslam Respublikasının daxili işlərinə digər ölkələrin müdaxilə cəhdlərini qəti şəkildə pisləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, həmçinin İrana çoxsaylı itkilər səbəbindən başsağlığı verib. Şoyqu vurğulayıb ki, Moskva Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
21:27 12.01.2026
Oxunuş sayı: 1287