Rusiyanın Saratov vilayətinin Balakovo şəhərində dəm qazından zəhərlənmə baş verib.
Crossmedia.az bu barədə "TASS"a istinadən xəbər verir.
Zəhərlənənlər arasında uşaqlar da olmaqla, 6 nəfər həyatını itirib. Regional İstintaq Komitəsinin məlumatına görə, faktla bağlı cinayət işi açılıb. İlkin məlumatlara görə, evdə qaz avadanlıqlarından istifadə olunub və zəhərlənmə bu səbəbdən baş verib.
Kübra Musayeva