Danimarka Qrenlandiya iddiası ilə bağlı ABŞ-yə SƏRT CAVAB VERİB
Danimarkanın ABŞ-dəki səfiri Lars Gert Sörensen ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsinin Qrenlandiyanın mümkün işğalı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səfir qeyd edib ki, Qrenlandiya əsrlər boyu Danimarka krallığının tərkib hissəsi olub və bu status beynəlxalq səviyyədə tanınıb. Onun sözlərinə görə, Qrenlandiyanın Danimarkaya məxsus olması faktı müxtəlif dövrlərdə ABŞ administrasiyaları, Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq ictimaiyyət tərəfindən dəfələrlə qəbul edilib.
Eyni zamanda Sörensen vurğulayıb ki, Qrenlandiyanın gələcəyi ilə bağlı qərar vermək hüququ yalnız bu adanın xalqına məxsusdur. O bildirib ki, öz müqəddəratını təyin etmə prinsipi beynəlxalq hüququn əsas normalarından biridir və bu məsələ kənar müdaxilələrə açıq deyil.
Səfirin açıqlaması Qrenlandiyanın statusu ilə bağlı son vaxtlar səsləndirilən mübahisəli bəyanatlara cavab kimi dəyərləndirilir.
Kübra Musayeva
13:45 12.01.2026
Oxunuş sayı: 1217