Maduronun oğlu: Onlar atamı məğlub edə bilmədilər
Venesuelanın devrilmiş prezidenti Nikolas Maduronun oğlu atasından vəkillər vasitəsilə mesaj aldığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə El Colombiano nəşri məlumat yayıb.
Məlumata görə, mesajda Maduronun vəziyyətinin yaxşı olduğu qeyd edilib.
ABŞ-də narkotik alveri ittihamı ilə həbsdə saxlanılan və məhkəmə prosesi davam edən Nikolas Maduronun oğlu Nikolas Maduro Gerra – “Nikolasito” atasının ruhdan düşmədiyini deyib.
Onun sözlərinə görə, vəkillər ailəyə Maduronun möhkəm dayandığını çatdırıblar:
“O dedi ki, ruhdan düşməyək. Biz qaydasındayıq, biz mübariz insanlarıq”, – deyə “Nikolasito” atasının sözlərini sitat gətirib.
Maduro Gerra əlavə edib ki, atasını müxtəlif üsullarla məğlub edə bilməyənlər ona qarşı qeyri-mütənasib güc tətbiq ediblər, lakin yenə də məqsədlərinə çata bilməyiblər:
“Onlar onu məğlub edə bilmədilər. O güclüdür”, – deyə bildirib.
Xumar Emilqızı
12:08 12.01.2026
Oxunuş sayı: 1463