İsraildən XƏBƏRDARLIQ: Hizbullah hərəkət etsə, dağıdıcı ssenari işə düşəcək
İran ətrafındakı gərginlik fonunda İsrail siqnallarını kəskinləşdirib. Beyruta gələn beynəlxalq vasitəçilər ölkə rəhbərliyinə açıq mesajlar çatdırıb.
Crossmedia.az bu barədə Livan mənbələrinə istinadən xəbər verir.
Məlumata görə, İsrail “Hizbullah”ın İranla potensial konflikte müdaxiləsini qırmızı xətt sayır və döyüşlərdə iştirak edərsə, dağıdıcı hərbi ssenarini işə salacağını xəbər verib. Mesajlar yalnız Livandakı qərarverici mərkəzlər üçün nəzərdə tutulub ki, mümkün nəticələri dərk etsinlər.
Nəzrin Abbas
12:03 12.01.2026
Oxunuş sayı: 1433