Yanvarın 12-nə keçən gecə Günəşdə M sinifinə aid iki güclü partlayış müşahidə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu açıqlayıb.
Məlumata görə, saat 02:28-də (Bakı vaxtı) 7 dəqiqə davam edən M1.3, saat 03:14-də isə 99 dəqiqə davam edən M3.4 partlayış qeydə alınıb.
Sonuncu alışma 2026-cı ildə indiyədək qeydə alınan ən güclü hadisə sayılır.
Mütəxəssislər bildirirlər ki, partlayış Günəşin arxa tərəfində baş verib və enerjinin böyük hissəsi bloklandığı üçün real gücü ölçülə bilmir. Hadisənin müşahidəsi yalnız üfüqün dərhal arxasından gələn şüalanmanın planetə çatması sayəsində mümkün olub. Hazırda həmin bölgədə avadanlıqla təchiz edilmiş peyklər mövcud deyil.
Nəzrin Abbas