Hakan Fidan: Trampın siyasəti Türkiyənin maraqları ilə üst-üstə düşür
Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada keçirilən 23-cü Forumda bildirib ki, ABŞ-ın sabiq prezidenti Donald Trampın həyata keçirməyi planlaşdırdığı siyasət Türkiyənin maraqları ilə üst-üstə düşür.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, nazir vurğulayıb ki, Türkiyə öncəliklə Ukraynada atəşkəsin təmin olunmasını dəstəkləyir: “Avrasiya regionunda çoxlu çətinliklərlə üzləşirik. Vəziyyət həm Ukraynada, həm də Qəzzada gərgindir. Suriyada isə proseslər tədricən sabitləşməyə başlayıb”.
Hakan Fidan əlavə edib: “Trampın həyata keçirmək istədiyi siyasət Türkiyənin maraqları ilə üst-üstə düşür. Biz baş verənlərdən çox ağır dərslər çıxarmışıq”.
Pərvin Hacıyeva
17:03 06.12.2025
Oxunuş sayı: 862