İcra başçısının müavini 20 ildən sonra vəzifəsindən ayrıldı
Samux Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev işdən azad olunub.
Crossmedia.az xəbər verir ki, ilkin məlumata görə, T.Qarayev öz ərizəsi ilə işdən ayrılıb.
Səbəb olaraq səhhətində yaranan problemləri göstərib.
Məlumat üçün bildirək ki, T.Qarayev 20 ildən artıq sözügedən vəzifədə çalışıb.
17:23 06.12.2025
Oxunuş sayı: 810