Tramp: Ukrayna ilə bağlı razılaşma Avropanı əhatə edə bilər
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində genişmiqyaslı razılaşmanın əldə oluna biləcəyini və bunun təkcə Ukraynaya deyil, bütün Avropaya təsir göstərə biləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə noyabrın 5-də Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
ABŞ lideri Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə görüşdüyünü təsdiqləyib.
Tramp bildirib ki, Ukraynadakı müharibənin başa çatdırılmasına dair razılaşmanın əldə olunması yaxınlaşır.
“Bu, böyük razılaşma olacaq və təkcə Ukraynanı əhatə etməyəcək. Hətta deyərdim ki, bütün Avropaya aid ola bilər. Bu, möhtəşəm razılaşma olacaq və hamı bundan məmnun qalacaq”, – deyə o vurğulayıb.
Bununla belə, Tramp Rusiya nümayəndəsi ilə aparılan danışıqların konkret detallarını açıqlamayıb.
ABŞ Prezidenti həmin gün Vaşinqtonda olan Ukrayna nümayəndə heyəti ilə görüşmədiyini də bildirib.
Qeyd edək ki, ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında növbəti üçtərəfli sülh danışıqlarının noyabrın 10–11-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilməsi planlaşdırılır.
16:39 06.11.2026
Oxunuş sayı: 70