ABŞ Kubanın enerji sektoruna qarşı sanksiyaları genişləndirdi
ABŞ administrasiyası Kubanın enerji sektoruna, xüsusilə neft daşımaları ilə əlaqəli şirkətlərə və gəmilərə qarşı yeni sanksiyalar tətbiq edib.
Crossmedia.az xəbər verir ki, ABŞ Dövlət Departamenti bu barədə məlumat yayıb.
Bildirilib ki, yeni məhdudiyyətlər çərçivəsində 8 qurum və 2 fiziki şəxs sanksiya siyahısına daxil edilib, 5 gəmi isə bloklanmış əmlak kimi müəyyənləşdirilib.
Sanksiyalar Kubaya neft daşınması ilə məşğul olan şirkətləri, dövlətə məxsus müəssisələri və ölkənin hərbi strukturlarına avadanlıq tədarük etdiyi bildirilən Çin şirkətlərini də əhatə edir.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi Kubanın elektronika, istehsalat, dənizçilik və texnologiya sektorlarında fəaliyyət göstərən xarici şəxslərə qarşı sanksiyaların tətbiqinə imkan verən yeni qərar qəbul edib.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton bu tədbirlərlə Kuba hökumətinin maliyyə və hərbi təminat şəbəkələrinə təzyiqi artırmağı hədəfləyir.
16:09 06.11.2026
Oxunuş sayı: 69