“Gəncəbasar” klubuna yeni prezident təyin olunub
Azərbaycan I Liqasında çıxış edən "Gəncəbasar" klubuna yeni prezident təyin olunub.
Bu barədə Crossmedia.az-a qərb təmsilçisindən məlumat verilib.
Gəncə kollektivinin bundan sonrakı rəhbəri Namik Qədirov olacaq.
O, klubun strateji inkişafına, ümumi idarəetməsinə, idman və inzibati fəaliyyətinin əlaqələndirilməsinə rəhbərlik edəcək.
Qeyd edək ki, "Gəncəbasar" I Liqada 16 xalla ikinci sırada qərarlaşıb.
15:54 06.11.2026
Oxunuş sayı: 58