Azərbaycan üzgüçüləri Belarusda 2 medal qazanıblar
Azərbaycanın üzgüçüləri Belarus Açıq turnirinin birinci günündə 2 medal qazanıblar.
Bu barədə Crossmedia.az-a Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən bildirilib.
Anastasiya Qnusina sərbəst üsul ilə 1500 metr məsafədə (17:22.09) gümüş, Fatimə Alkərəmova isə qarışıq üsul ilə 200 metr məsafədə (2:18.01) bürünc medala yiyələnib.
Qeyd edək ki, F.Alkərəmova və A.Rüstəmov həmçinin sərbəst üsul ilə 50 metr məsafədə (22.91) Azərbaycan rekordunu yeniləyiblər.
14:01 06.11.2026
Oxunuş sayı: 70