Ukrayna ilə bağlı sülh danışıqları gizli aparılmalıdır
Ukraynada müharibənin başa çatdırılması ilə bağlı mümkün sülh danışıqları yalnız qapalı şəkildə həyata keçirilməlidir. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o, Abu-Dabidə gizli danışıqların aparılması barədə yayılan məlumatları şərh edərkən vurğulayıb ki, həssas proseslər ictimaiyyətin diqqətindən kənarda qalmalıdır.
"Bütün danışıqlar kölgədə olmalıdır. Əks halda onlar uğurlu olmayacaq. İstəsək də, istəməsək də, prosesi poza bilərik. Ona görə də gözləmək lazımdır",- deyə Budanov qeyd edib.
Nigar Yahyazadə
18:35 06.12.2025
Oxunuş sayı: 917