“Tramp marşrutu” ilə yük daşımalarına məhdudiyyət qoyula bilər
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov ABŞ-nin sanksiya tədbiri kimi Ermənistandakı “Tramp marşrutu” ilə bəzi yüklərin daşınmasını qadağan edə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Şevtsovun sözlərinə görə, marşrutla bağlı ABŞ və Nyu-York ştatının qanunvericiliyinə uyğun olaraq müəyyən mübahisələrin həll edilməsi nəzərdə tutulur. O iddia edib ki, bu, gələcəkdə ABŞ tərəfinə marşrutun nəzarətində olan hissəsindən keçən yükləri “filtrləmək”, yəni müəyyən hallarda xidmət göstərməkdən imtina etmək imkanı verə bilər.
O qeyd edib ki, belə məhdudiyyət ABŞ şirkətlərinə, o cümlədən marşrutun operatoruna müəyyən iqtisadi subyektlərlə əməkdaşlığı qadağan edən sanksiya qərarı formasında tətbiq oluna bilər.
Qeyd edək ki, Ermənistan və ABŞ 2026-cı ilin iyununda “Tramp marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıb. Sazişə əsasən, Ermənistan marşrutun keçdiyi ərazilər üzərində suverenliyini və gömrük-sərhəd nəzarətini saxlayır.
21:13 01.10.2026
Oxunuş sayı: 41