Pakistanın Əfqanıstana zərbələri ilə bağlı ziddiyyətli açıqlamalar
Pakistan hakimiyyəti Əfqanıstanda “terror düşərgələri və sığınacaqlarına” hava zərbələri endirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Pakistan İnformasiya Nazirliyinin məlumatına görə, hücumlar “etibarlı kəşfiyyat məlumatları” əsasında həyata keçirilib. Açıqlamada zərbələr nəticəsində 22 “terrorçunun” öldürüldüyü və mülki itkilərin qarşısının alınması üçün tədbirlər görüldüyü bildirilib.
Əfqanıstan hakimiyyətinin sözçüsü Zəbihullah Mücahid isə Pakistanın ölkənin iki vilayətinə hava zərbələri endirdiyini bildirib. Onun sözlərinə görə, hücumlar nəticəsində qadın və uşaqların da olduğu 9 Əfqanıstan vətəndaşı həlak olub, 11 nəfər yaralanıb.
Beləliklə, tərəflər hava zərbələrinin nəticələri və itkilərlə bağlı fərqli məlumatlar təqdim ediblər.
00:30 02.10.2026
Oxunuş sayı: 47