Rusiyaya qarşı Avropanın mövqeyi ABŞ-lə müqayisə edildi
Avropanın aparıcı ölkələri Rusiyaya münasibətdə ABŞ-dən daha sərt mövqe nümayiş etdirir.
Crossmedia.az xəbər verir ki, “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında Rusiya Prezidenti Vladimir Putin bu barədə danışıb.
O bildirib ki, Avropanın aparıcı dövlətlərinin Rusiyaya yanaşması ABŞ-nin mövqeyindən daha aqressiv xarakter daşıyır.
Rusiya lideri həmçinin Moskva ilə Vaşinqton arasındakı münasibətlərə toxunub. Onun sözlərinə görə, Rusiya ABŞ-lə münasibətləri ayıran amillərin zamanla keçmişdə qalmasını istəyir.
Putin qeyd edib ki, iki ölkə arasındakı münasibətləri çətinləşdirən və onları zədələyən amillər son dövrlərdə deyil, onilliklər ərzində formalaşıb.
22:06 01.10.2026
Oxunuş sayı: 35