Rusiyanın gələn il büdcə kəsiri açıqlanıb
Rusiya Prezidenti Vladimir Putin ölkə iqtisadiyyatında həddindən artıq sərtləşməyə yol verilməməsinin vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında Putin bu barədə danışıb.
“Əsas məsələ iqtisadiyyatı həddindən artıq soyutmamaqdır”, - deyə Rusiya lideri vurğulayıb.
Putinin qiymətləndirməsinə görə, Rusiyanın gələn il büdcə kəsiri ÜDM-in təxminən 2 faizini təşkil edəcək. Hazırda ölkənin dövlət borcu isə ÜDM-in 17 faizinə bərabərdir.
Qeyd edək ki, Putin daha əvvəl Ukraynanın neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində Rusiyanın təxminən 1 faiz ÜDM itirdiyini açıqlayıb.
22:21 01.10.2026
Oxunuş sayı: 39