Tehran Londona qarşı ittiham irəli sürdü
Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
İran tərəfi görüş zamanı Britaniyanın İrana qarşı “destruktiv siyasəti” adlandırdığı mövqeyə etirazını diplomata çatdırıb.
İran XİN rəsmisi Məcid Təxt-Rəvənçi Britaniyanı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarında iştirak etməkdə ittiham edib.
O, həmçinin Fayerford aviabazasında təxribat planının İranla əlaqələndirilməsi barədə Britaniya tərəfinin irəli sürdüyü iddiaları rədd edib.
22:56 01.10.2026
Oxunuş sayı: 39