Rus dili ilə bağlı Ukraynaya qarşı yeni ittiham səsləndirildi
Rusiya Prezidenti Vladimir Putin Ukraynada rus dilinin istifadəsi ilə bağlı məhdudiyyətləri tənqid edib və bu məsələnin Moskvanı narahat etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Putin bu fikirləri “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında səsləndirib.
Rusiya liderinin sözlərinə görə, dünyada buna bənzər təcrübəyə başqa yerdə rast gəlinmir. O iddia edib ki, tarixən Qara dənizsahili ərazilər də daxil olmaqla, həmin torpaqlarda məskunlaşmış ruslar Ukraynada titul xalq hesab edilmirlər.
Putin bildirib ki, Moskva tarixi hadisələri və mövcud vəziyyətin necə formalaşdığını nəzərə alır. Bununla belə, onun sözlərinə görə, Rusiya üçün əsas narahatlıq doğuran məsələ hazırda baş verənlər və xüsusilə insanların vəziyyətidir.
23:29 01.10.2026
Oxunuş sayı: 35