İlon Mask: Aİ ləğv olunmalı, suverenlik ölkələrə qaytarılmalıdır
Amerikalı sahibkar İlon Mask Avropa İttifaqının ləğv edilməli olduğunu və suverenliyin ayrı-ayrı ölkələrə qaytarılmasının vacibliyini bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Mask bu fikirləri “X” sosial şəbəkəsində səsləndirib. Onun sözlərinə görə, Aİ-nin mövcud strukturu üzv dövlətlərin öz xalqlarını daha effektiv təmsil etməsinə mane olur.
Sahibkar həmçinin vurğulayıb ki, Avropa İttifaqının “bürokratik mexanizmi Avropanı yavaş-yavaş boğur”. Mask hesab edir ki, məhz bu səbəbdən qurumun yenidən qiymətləndirilməsinə ehtiyac var.
O bildirib ki, suverenliklərin bərpası Avropa ölkələrinə siyasi qərarların qəbulunda daha çevik və xalqın maraqlarına uyğun hərəkət etməyə imkan verə bilər.
Türkan Kərimli
19:18 06.12.2025
Oxunuş sayı: 802