Qətər baş naziri: Sülh üçün HƏMAS və Talibanla əlaqə şərtdir
Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani bildirib ki, beynəlxalq ictimaiyyət HƏMAS və “Taliban” nümayəndələri ilə açıq dialoq qurmadığı təqdirdə regiondakı münaqişələrin həlli mümkün olmayacaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Al Tani Dohada çıxışı zamanı bu iki təşkilatla əlaqə kanallarının açıq saxlanmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, danışıqlar üçün platforma yaratmağa Qətər hər zaman hazırdır və ölkə bu prosesdə neytral mövqe tutur.
Qətər baş naziri həmçinin qeyd edib ki, ölkəsinin vasitəçilik səyləri nəticəsində ABŞ və Əfqanıstan arasında uzun illər davam edən müharibənin başa çatdırılmasında mühüm rol oynanıb. O bildirib ki, Qətərdəki “Taliban” siyasi ofisi də məhz bu vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə yaradılıb.
Türkan Kərimli
19:10 06.12.2025
Oxunuş sayı: 764