Qriqoryan: Əminəm ki, Azərbaycan və Ermənistan əməkdaşlığı gücləndirəcək
"Əgər iki il əvvəl biz Azərbaycanla ziddiyyətli narrativləri müzakirə edirdiksə, indi çox oxşar narrativlərimiz var".
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Həmçinin, "Hazırda İrəvan və Bakı arasında bəzi mövqelər üst-üstə düşməsə də, əminəm ki, tərəflər əməkdaşlığı möhkəmləndirəcəklər.
Hər iki tərəfin siyasi iradəsi lazımdır və beynəlxalq ictimaiyyət sülhün qurulmasına dəstək göstərə bilər", - deyə, o, qeyd edib.
16:55 06.12.2025
Oxunuş sayı: 853