Çoxqütblü dünyada Avropanın rolu sürətlə zəifləyir
Dünyada yeni güc mərkəzlərinin formalaşması Avropanın qlobal siyasətdəki çəkisini əhəmiyyətli dərəcədə azaldır.
Crossmedia.az "Brussels Signal"-a istinadən xəbər verir ki, Avropa uzun illər beynəlxalq siyasət və iqtisadiyyatda lider mövqedə olsa da, bu status artıq reallığı əks etdirmir. Rusiya, Çin və digər yüksələn regionların güclənməsi fonunda Avropa “böyük güc” rolunu itirməkdədir.
Mütəxəssislər bildirirlər ki, təhlükəsizlik, sənaye, rifah modeli və siyasi təsir kimi sahələrdə Avropanın üstünlüyü əvvəlki kimi möhkəm görünmür. Sənayeləşmənin zəifləməsi, texnoloji yarışda geri qalması, iqtisadi durğunluq və bürokratik idarəetmə Avropanı qlobal rəqabətdə çətin vəziyyətə salıb. Bu səbəbdən Avropa daha çox asılı tərəfdaş rolunda çıxış edir.
Qlobal sistemdə ABŞ, Rusiya, Çin və digər güclər arasında yeni nizam formalaşdığı bir vaxtda Avropanın mövqeyi daha da zəifləyir. Analitiklərə görə, yeni reallıqda Avropa ya strategiyasını köklü şəkildə yenidən qurmalıdır, ya da dünya siyasətində əsas aktor statusunu birdəfəlik itirəcək.
Türkan Kərimli
19:25 06.12.2025
Oxunuş sayı: 957