Avropa-ABŞ gərginliyi Ukrayna müharibəsini kritik mərhələyə gətirir
Avropa ilə ABŞ arasında son dövrlər yaranan fikir ayrılıqları Ukraynadakı münaqişənin “həlledici mərhələyə” daxil olmasına səbəb olur.
Crossmedia.az "Bloomberg"-ə istinadən xəbər verir ki, mövcud siyasi gərginlik fonunda Avropanın ABŞ-dən asılı olmadan Kiyevə maliyyə yardımlarını davam etdirməsi üçün yetərli mexanizmin olub-olmaması hələ də aydın deyil.
Mütəxəssislər bildirirlər ki, Vaşinqtonla Brüsselin münasibətlərində yaranan çatlar Avropanın təhlükəsizlik arxitekturasına təsir göstərir və bu, Ukraynadakı proseslərin gələcək gedişatında həlledici rol oynaya bilər. Bununla belə, analitiklər Avropanın təkbaşına uzunmüddətli maliyyə və hərbi dəstək strategiyası qurmaqda çətinlik çəkdiyini vurğulayırlar.
Hazırda əsas sual Avropanın ABŞ-nin iştirakı olmadan Kiyevə stabillik gətirəcək və müharibənin gedişatına ciddi təsir göstərəcək plan hazırlayıb-hazırlaya bilməyəcəyidir.
Türkan Kərimli
19:02 06.12.2025
Oxunuş sayı: 903