Kanada Suriyanı terror siyahısından çıxardı
Kanada hökuməti Suriyanı “terrorçuluğun xarici dövlət sponsorları” siyahısından, Həyat Təhrir əş-Şam qruplaşmasını isə Cinayət Məcəlləsinə əsasən “terrorçu qruplar” siyahısından çıxarıb.
Crossmedia.az xəbər verir ki, rəsmi Ottava bu qərarın geniş müzakirələrdən sonra, Kanada vətəndaşlarının təhlükəsizliyi prioritet götürülməklə verildiyini açıqlayıb.
Xarici İşlər və İctimai Təhlükəsizlik Departamentlərinin birgə açıqlamasında bildirilir ki, addım ABŞ və Britaniyanın oxşar qərarları və Suriya Keçid Hökumətinin sabitlik və regional əməkdaşlıq səyləri fonunda atılıb.
Kanada eyni zamanda İŞİD və Əl-Qaidə kimi qlobal terror təhdidlərinə qarşı mübarizə kursunu dəyişmədiyini bildirib.
Türkan Kərimli
19:34 06.12.2025
Oxunuş sayı: 964