Kanada Suriyanı “terrorizmin sponsorları” siyahısından çıxardı
Kanada Suriyanı terrorizmin dövlət sponsorları siyahısından çıxarıb və Heyət Təhrir əş-Şamın (HTS) “terror təşkilatı” kimi təyinatını ləğv edib.
Crossmedia.az bu barədə AFP-yə istinadən xəbər verir.
Bununla Kanada Dəməşqə qarşı sanksiyaları yumşaltmağa başlayan ölkələrə qoşulub.
Global Affairs Canada-nın açıqlamasında bildirilir ki, bu qərar “Böyük Britaniya və ABŞ da daxil olmaqla müttəfiqlərin son addımları ilə uzlaşdırılıb və Suriya keçid hökumətinin ölkədə sabitliyi möhkəmləndirmək səylərinə dəstək məqsədi daşıyır”.
16:44 06.12.2025
Oxunuş sayı: 924