Hakan Fidan: Trampın xətti Türkiyəyə uyğun gəlir
Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada keçirilən 23-cü Forumda bildirib ki, Donald Trampın həyata keçirməyi planlaşdırdığı siyasət Türkiyənin maraqları ilə uzlaşır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Fidan ilk olaraq Ukraynada atəşkəsin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Avrasiya regionunda bir çox çətinliklər qalmaqda davam edir və vəziyyət Ukraynada, eləcə də Qəzzada gərgin olaraq qalır. Nazirin fikrincə, Suriya üzrə proseslər isə tədricən sabitləşməyə başlayıb.
Fidan qeyd edib ki, Trampın həyata keçirməyi nəzərdə tutduğu siyasət Türkiyənin regiondakı maraqları ilə uyğunluq təşkil edir. “Baş verənlərdən çox ağır dərslər çıxardıq”, - deyə o əlavə edib.
Türkan Kərimli
18:56 06.12.2025
Oxunuş sayı: 768