Mingəçevirdə zəncirvari qəza oldu
Mingəçevirdə 3 avtomobilin iştirakı ilə zəncirvari qəza olub.
Crossmedia.az xəbər verir ki, hadisə az öncə Heydər Əliyev prospektinin Nizami küçəsi ilə kəsişməsində baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində avtomobillər ciddi zərər görüb, əsas prospektdə nəqliyyatın normal hərəkətində qısamüddətli sıxıntı yaşanıb.
Faktla bağlı araşdırma aparılır.
17:28 06.12.2025
Oxunuş sayı: 1178