Ukraynada elektrik enerjisinin kəsilməsi səbəbindən Moldova Rumıniyadan təcili elektrik təchizatı tələb edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Moldelectrica dövlət şirkətinin məlumatına görə, qonşu regionda kritik enerji bloku bağlanıb və sistemlərarası elektrik xətləri maksimum yük altında işləyir.
Şirkət enerji sisteminin təhlükəsiz işləməsini təmin etmək üçün tədbirlər görüb və əhaliyə elektrik enerjisindən rasional istifadə etməyi tövsiyə edib. Dekabrın 6-da Ukrayna Energetika Nazirliyi bildirib ki, Rusiya qüvvələri Ukraynanın enerji obyektlərinə kütləvi hücumlar həyata keçirib.
Nəzrin Abbas