Azərbaycan-Qazaxıstan münasibətləri arasındaki əlaqələr yeni məzmun qazanır - Deputat

Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlardır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bəyan edib. Qazaxıstan və Azərbaycan arasında münasibətlərin ''qardaşlıq səviyyəsində'' olması regionun siyasi və iqtisadi sabitliyinə necə təsir göstərə bilər?
Mövzu barəsində Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az saytına fikirlərini açıqlayıb. O bildirib ki, bu gün Azərbaycan və Qazaxıstan arasındakı əlaqələr ən yüksək inkişaf mərhələsindədir: ‘’Hər iki xalq dost və qardaş kimi yeni bir mərhələyə qədəm qoyub. Hazırda münasibətlər sürətlə inkişaf edir və daha da möhkəmlənir. Qeyd olunub ki, bu əlaqələr yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, həm də qardaşlıq və dostluq münasibətləri üzərində qurulub. Azərbaycan və Qazaxıstan prezidentlərinin uzaqgörən siyasəti nəticəsində iki ölkə arasındakı əlaqələr daha da dərinləşir və yeni məzmun qazanır’’.
Deputat qeyd edib ki, bu inkişaf, həmçinin regionun siyasi sabitliyinə və əməkdaşlıq mühitinə müsbət təsir göstərir: “Əlaqələrin möhkəmlənməsi regionda əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın artmasına və yeni imkanların yaranmasına şərait yaradır. Ümumilikdə, həyata keçirilən siyasət bu münasibətlərin nə qədər düzgün istiqamətdə formalaşdığını və gələcəkdə də davamlı inkişaf üçün möhkəm əsaslar yaratdığını göstərir’’.
Sevinc Yarməmmədova
16:42 22.10.2025
Oxunuş sayı: 2221