Kaxa Kaladze yenidən Tbilisinin meri seçildi

Gürcüstanda keçirilən bələdiyyə seçkilərində hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının namizədi Kaxa Kaladze Tbilisi meri vəzifəsinə yenidən seçilib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, səslərin 100 faizinin hesablanmasından sonra Kaladze 71,62 faiz səs toplayaraq qələbə qazanıb.
İkinci yeri müxalif “Güclü Gürcüstan” və “Qaxariya Gürcüstan uğrunda” partiyalarının birgə namizədi İrakli Kupradze tutub — o, 12,27 faiz səs əldə edib. Üçüncü pillədə isə liberal “Girçi” partiyasının nümayəndəsi Yaqo Xviçiya qərarlaşıb, o, 7,62 faiz səs toplayıb.
Seçkilər paytaxt Tbilisidə artan ictimai maraq və etiraz aksiyaları fonunda baş tutub. Nəticə etibarilə, Kaxa Kaladze 2017-ci ildən bəri icra etdiyi Tbilisi meri vəzifəsini növbəti dəfə qoruyub.
11:43 05.10.2025
Oxunuş sayı: 2566