Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində son matçını keçirib.
Crossmedia.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariq millisi ilə üz-üzə gəlib.
B qrupunun "Bank Respublika Arena"da gerçəkləşən görüşü U-21 yığmamızın inamlı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları Nihat Əhmədzadə (8), Ağadadaş Salyanski (43, 51) vurublar.
Qeyd edək ki, U-21 qrupda 6 komanda arasında 10 xalla 5-ci olub.
19:50 06.10.2026
Oxunuş sayı: 48