Almaniya Rusiyanın Gürcüstan və Moldovaya dair planlarından danışdı
Almaniya XİN rəhbəri Rusiyanın SSRİ-ni bərpa etməyə çalışdığını iddia edib.
Crossmedia.az xəbər verir ki, “TASS” Almaniyanın xarici işlər naziri İohann Vadefulun açıqlamasına istinadən məlumat yayıb.
Vadeful Rusiyanın rəhbərliyinin Sovet İttifaqını bərpa etmək istəyi olduğunu bildirib. O, bu fikrini Rusiya Prezidenti Vladimir Putinin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında SSRİ-nin dağılmasını XX əsrin ən böyük geosiyasi fəlakəti adlandırması ilə əlaqələndirib.
Alman nazirin sözlərinə görə, bu yanaşmadan çıxış edərək Rusiyanın keçmiş SSRİ ərazilərində təsirini bərpa etmək niyyətində olduğu qənaətinə gəlmək olar.
Vadeful Ukrayna ilə yanaşı, Gürcüstan və Moldovanın da bu kontekstdə risk altında olduğunu iddia edib. O, Baltikyanı ölkələrin isə artıq Avropa İttifaqı və NATO üzvü olduğunu və belə bir vəziyyətin birbaşa Almaniyaya da təsir edəcəyini deyib.
19:44 06.10.2026
Oxunuş sayı: 54