Rusiya Ukrayna qatarını atəşə tutub

Rusiya Sumı vilayətində qatarı atəşə tutub, təxminən 30 nəfər xəsarət alıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Prezident Zelenski hadisəyə artıq reaksiya verib:
“Ruslar mülki vətəndaşlara zərbə vurduqlarını bilməyə bilməzdilər. Rusiya hər gün insanların həyatına son qoyur. Onları bunu dayandırmağa yalnız güc vadar edə bilər. Biz Avropa və Amerikadan qətiyyətli bəyanatlar eşitmişik, və artıq çoxdan onların reallığa çevrilməsinin vaxtıdır.”
Səbiyyə Zayirova
15:15 04.10.2025
Oxunuş sayı: 2859