Əsədin devrilməsindən sonra Suriyada ilk seçkilər keçiriləcək

Suriyada hər bir vətəndaş seçki məntəqəsinə getməyəcək.
Crossmedia.az xəbər verir ki, bu seçkilərdə siyasi partiyalar da yoxdur, seçki plakatları da. Bunun əvəzinə səsverməni müxtəlif komitələr və seçki kollegiyaları həyata keçirəcək. Məhz buna görə də, diktaturanın devrilməsindən sonra Suriyada keçirilən bu ilk seçkilər “dolayı seçkilər” adlandırılır.
“Suriyadakı reallıq ənənəvi seçkilərin keçirilməsinə imkan vermir. Bu, həm ölkə daxilində, həm də xaricə köç etməyə məcbur olmuş milyonlarla köçkünün mövcudluğu, həmçinin rəsmi sənədlərin olmaması və hüquqi strukturun zəifliyi ilə bağlıdır,” – deyə iyun ayının sonunda açıqlanmış Suriya hökumətinin bəyanatında qeyd olunur.
Səbiyyə Zayirova
13:25 04.10.2025
Oxunuş sayı: 3396